...

"Xalq Bank" səhmlərinin nominalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2011 13:53 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Xalq Bank"ın hər birinin nominal dəyəri 38,70 manat olan adi sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Xalq Bank" səhmlərinin nominalını artırır

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Xalq Bank"ın hər birinin nominal dəyəri 38,70 manat olan adi sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin saytında dərc edilən məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi hər birinin nominal dəyəri 34 manat olan 142 min adi sənədsiz adlı səhmlərə konvertasiya üsulu ilə aparılacaq.

Səhmlərin nominalının dəyişdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 13,8 faiz - 72,828 milyon manatdan 82,895 milyon manatadək artacaq.

"Xalq Bank" fəaliyyətinə 2004-cü ilin dekabrında başlayıb. İyunun sonuna olan məlumata görə, bankın aktivləri 641,13 milyon manat, məcmu kapitalı 106,25 milyon manat təşkil edib.

Avqustun 8-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti