...

"AmCham" Azərbaycanda İşgüzar mühitin Təkmilləşdirilməsinə dair "White Paper" hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2011 12:17 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı Ticarət Palatası (AmCham) ölkənin Vergilər Nazirliyinə "Azərbaycanda İşgüzar mühitin Təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr" adlı "Ağ Sənədi" ("White Paper") təqdim edib.
"AmCham" Azərbaycanda İşgüzar mühitin Təkmilləşdirilməsinə dair "White Paper" hazırlayıb

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir N.İsmayılova/

ABŞ-ın Azərbaycandakı Ticarət Palatası (AmCham) ölkənin Vergilər Nazirliyinə "Azərbaycanda İşgüzar mühitin Təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr" adlı "Ağ Sənədi" ("White Paper") təqdim edib. Sənəd hər il dərc edilir. Trend-in məlumatına görə, bu barədə nazirliyin saytında dərc edilən məlumatda deyilir.

Sənəd "mCham"ın prezidenti Daniel Mateusun vergilər nazirinin birinci müavini Natiq Əmirovla görüşü çərçivəsində təqdim edilib.

Mateusun sözlərin görə, "White Paper"yə "AmCham"ın üzvü olduğu 230-dan çox şirkətin vergitutma, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələri ilə bağlı rəy və təkliflərini özündə birləşdirir.

Sənəddə Azərbaycan hökumətinin iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün atdığı müsbət addımlar, o cümlədən vergitutma ilə bağlı bəzi məsələlər geniş əksini tapıb.

Görüşdə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və onun yuxarı həddinə yenidən baxılması, sosial sığorta ödənişləri, ƏDV-nin əvəzləşdirilməsi, bankların vergitutma prosesi ilə bağlı göstərdikləri fəaliyyət, vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması, xarici banklara ödənişlər üzrə gəlir vergisi, emissiya gəliri üzrə vergitutma, sığorta - maliyyə xidmətlərinin mahiyyəti və s. barədə hesabatda əks olunan əsas istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb.

Əmirovun sözlərinə görə, görüş zamanı qaldırılan hər bir məsələnin nazirliyin müvafiq qurumları tərəfindən diqqətlə araşdırılacağını və müvafiq tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti