...

Azərbaycanın meyvə-tərəvəz emalı üzrə müəssisələri sutkalıq iş rejiminə keçiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2011 17:14 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) indiyədək müasir texnologiyalara əsaslanan 8 meyvə-tərəvəz emalı müəssisəsinə 16,6 milyon manat güzəştli kredit verib.
Azərbaycanın meyvə-tərəvəz emalı üzrə müəssisələri sutkalıq iş rejiminə keçiblər

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) indiyədək müasir texnologiyalara əsaslanan 8 meyvə-tərəvəz emalı müəssisəsinə 16,6 milyon manat güzəştli kredit verib. Trend-in məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

İllik emal gücü 56,4 min ton olan bu layihələrdən 4-ü başa çatıb, 4 layihənin icrası isə davam edir. İstifadəyə verilmiş müəssisələrdən Xaçmaz rayonunda yerləşən "Qafqaz Konserv Zavodu" 2011-ci ilin ötən dövrü ərzində gündə 400-450 ton olmaqla 13 min ton, "Biləsuvar Konserv Zavodu" gündəlik 400 ton olmaqla 8 min ton və "Lənkəran Konserv Zavodu" gündə 250-300 ton olmaqla 3 min ton pomidor qəbul edib.

Meyvə-tərəvəz mövsümi ilə əlaqədar fermerlərin tələbatını və rahatlığını təmin etmək məqsədilə bu müəssisələr 24 saatlıq iş rejimində fəaliyyət göstərirlər.

Bununla yanaşı, Quba-Xaçmaz bölgəsində meyvə emalını dəstəkləmək məqsədilə Quba rayonunda yerləşən SAF MMC-yə məxsus meyvə emalı müəssisəsinin illik istehsal gücü güzəştli kreditlər hesabına 18 min tona çatdırılıb və bu mövsüm fasiləsiz işləməsi üçün yanacaqla təmin olunmasına kömək göstərilib.

Xəbər lenti

Xəbər lenti