...

Türkmənistan Xəzərdə birgə kommunikasiyaların inkişafını perspektivli görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2011 11:29 (UTC +04:00)
Türkmənistan Mərkəzi Asiya və Xəzər dənizi hövzəsi regionları formatında qarşılıqlı fəaliyyəti beynəlxalq əməkdaşlığın mühüm istiqaməti hesab edir.
Türkmənistan Xəzərdə birgə kommunikasiyaların inkişafını perspektivli görür

Türkmənistan, Aşqabad, 30 avqust /Trend, müxbir H.Həsənov/

Türkmənistan Mərkəzi Asiya və Xəzər dənizi hövzəsi regionları formatında qarşılıqlı fəaliyyəti beynəlxalq əməkdaşlığın mühüm istiqaməti hesab edir. Trend-in məlumatına görə, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin analitik materialında deyilir.

"Sözsüz ki, Xəzərdə birgə kommunikasiyaların inkişafı perspektivli görünür", - mətndə deyilir.

Türkmənistan Azərbaycan, Qazaxıstan, Rusiya və İranla yanaşı, karbohidrogenlər və bioresurslarla zəngin Xəzər dənizi ilə həmsərhəddir və dünya bazarlarına çıxış axtarır.

Türkmənistan miqyaslı Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəal şəkildə inkişaf etdirilməsi, eləcə də Mərkəzi Asiya-Fars körfəzi kommunikasiya şəbəkəsinin imkanlarının artırılması və Xəzər-Qara dəniz regionunda nəqliyyat xətlərinin inkişaf etdirilməsini öz siyasətinin prioritet istiqaməti hesab edir.

Məlumatda deyildiyinə görə, Mərkəzi Asiya ölkələri arasında kommunikasiya xətlərinin genişləndirilməsi ilə sonradan Avropa, Cənub-Şərqi Asiya, Yaxın və Orta Şərqin bazarlarına çıxmağa yönələn bu layihələr "yeni beynəlxalq geoiqtisadi məkanın arxitekturasının formalaşdırılmasına" yönəlib.

Məlum olduğu kimi, Türkmənistan qonşu dövlətlərlə birlikdə regional dəmiryol layihələrinin həyata keçirilməsi üzərində fəal işləyir.

Dəniz marşrutları haqqında danışsaq, Türkmənistanda bu yaxınlarda Xəzər dənizi sahilində yerləşən Türkmənbaşı beynəlxalq dəniz limanının 2020-ci ilədək Baş inkişaf planı təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti