...

Heydər Əliyev Beynəlxalq Aeroportu rekonstruksiya edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 14:16 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC Heydər Əliyev Beynəlxalq Aeroportunun rekonstruksiyası, modernləşdirilməsi və xarici görünüşünün yenilənməsi üzrə işləri gələn il mayın ortalarında başa çatdıracaq.
Heydər Əliyev Beynəlxalq Aeroportu rekonstruksiya edilir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC Heydər Əliyev Beynəlxalq Aeroportunun rekonstruksiyası, modernləşdirilməsi və xarici görünüşünün yenilənməsi üzrə işləri gələn il mayın ortalarında başa çatdıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü QSC rəhbərinin müavini Sabir İlyasov bildirib.

"Bakı aeroportunun rekonstruksiyası üzrə işlərə artıq başlanılıb. Onlar "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi vaxtadək başa çatacaq", - İlyasov qeyd edib.

Onun sözlərinə görə, QSC müvafiq işlərin görülməsi üçün xüsusi tədbirlər planı hazırlayıb. Həmin plan müsabiqənin keçirildiyi dövrdə paytaxtda çoxsaylı qonaqların yüksək səviyyədə qəbulunu təmin etməyi nəzərdə tutur.

"Azərbaycan Hava Yolları" QSC-nin baza aeroportu - Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakıdan 20 kilometr şimal-şərqdə yerləşir.

"Azərbaycan Hava Yolları" Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişindaşımalar həyata keçirir.

Aiaşirkət Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür.

Xəbər lenti

Xəbər lenti