...

Bundan sonra Azərbaycandakı bütün prossesinq mərkəzləri KÖMİS sisteminə daxil olacaqlar - Mərkəzi Bank (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2011 16:10 (UTC +04:00)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:24-də yayılıb)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kart infrastrukturunun KÖMİS sisteminə (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) inteqrasiyasını başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə AMB-nin cümə axşamı yaydığı məlumatda deyilir.

"Bu istiqamətdə görülən işlər çərçivəsində "Kapital Bank" ASC-yə məxsus olan "Kapitalkart" və "Texnikabank" ASC-yə məxsus olan "TexKart" ASC kart prosessinq mərkəzlərinin Mərkəzi Bank tərəfindən yaradılmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) qoşulması ilə respublikada mövcud olan kart infrastrukturunun KÖMİS ilə inteqrasiyası tamamlanıb", - məlumatda deyilir.

Beləliklə, bu kart prosessinq mərkəzlərinin xidmətindən istifadə edən 2 milyondan çox ödəniş kartı istifadəçiləri də bank və poçt şöbələrindən əlavə olaraq KÖMİS-in internet səhifəsi (www.apus.az) vasitəsilə qeydiyyatdan keçməklə və ya qeydiyyatsız formada işıq, su, qaz kimi kommunal xidmətlər və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələr üzrə real rejimdə bildirişlər ala və ödənişlərini apara bilərlər.

"Yaxın zamanlarda digər kütləvi xidmətlər və büdcə ödənişləri üzrə də eyni imkanın yaradılması mümkün olacaq", - AMB-nin məlumatdında bildirilir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə başçısının "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 May 2011-ci il tarixli fərmanında xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi üzrə verilmiş tapşırıqların icrası üzrə fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti