...

Trend Beynəlxalq İnformasiya Agentliyi mobil telefonla fotoşəkillərin alınması imkanlarını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 14:53 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyi ( BİA) istifadəçilərə öz mobil telefonu vasitəsilə hər gün yenilənən Photo.Trend.Az saytından fotomateriallar almağa imkan verən yeni xidmət tətbiq edir
Trend Beynəlxalq İnformasiya Agentliyi mobil telefonla fotoşəkillərin alınması imkanlarını təqdim edir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Trend Beynəlxalq İnformasiya Agentliyi ( BİA) istifadəçilərə öz mobil telefonu vasitəsilə hər gün yenilənən Photo.Trend.Az saytından fotomateriallar almağa imkan verən yeni xidmət tətbiq edir.

Fotoşəkillərin alınması üçün mobil telefonunuzdan pullu SMS göndərmək vacibdir. Bunun üçün sizi maraqlandıran fotoşəklin altındakı "Şəkli mobil telefona göndər" düyməsini basmaq, qurğunun markasını seçmək və "Mobil telefonla almaq" düyməsini basmaq lazımdır. Ölkənizi və mobil rabitə operatorunu seçməklə siz fotoşəkillərin alınması qiymətləri və şərtləri ilə tanış ola bilərsiniz, sizə SMS göndərmək üçün lazım olan qısa nömrə göndəriləcək. Bir neçə müddətdən sonra sizə seçdiyiniz fotolardan birinin yüklənməsi üçün cavab ismarıcı göndəriləcək.

Foto alarkən sizə mobil telefonunuzun ekranında görmək istədiyiniz təsvirin fraqmentinin ayrılması təklif olunacaq və ya siz şəkli tam şəkildə telefonunuza yükləyə bilərsiniz.

Trend agentliyinin fotoşəkillərini almağa imkan verir.

Photo.Trend.Az saytı siaysət, iqtisadiyyat, idman və ictimai həyatın əsas hadisələrini əhatə edən fotomateriallar təklif edir. TrendPhoto " Siyasət", " Hadisə", " Biznes", " Cəmiyyət", " İdman", " Mədəniyyət", " Şou-biznes", " Təbiət" və başqa ixtisaslaşdırılmış rubbrikalar üzrə çeşidlənmiş fotoşəkillərin geniş bazasına malikdir.

Azərbaycanın özəl Trend Beynəlxalq İnformasiya Agentliyi 1995-ci ildən Azərbaycan, eləcə də digər Xəzəryanı, Qafqaz və Mərkəzi Asiya ölkələrinin xəbərlərini yayımlayan böyük şirkətlərdən biridir.

"Moody's International" Trend-in ISO 9001-2000 tələblərinə cavab verən menecmentlik sistemini tanıyıb. 2010 -cu ildə Trend Asiya və Sakit okean ölkələri informasiya agentlikləri təşkialtına (OANA) üzv seçilib.

www.Trend.Az portalında Azərbaycan, rus, ingilis, fars və ərəb dillərində xəbərlər dərc edir.

Trend gündəlik iqtisadi məlumat bülleteni, "Trend Oil and Gas" gündəlik nəşrini dərc edir. Orada Xəzər və Mərkəzi Asiyanın neft-qaz bazarları işıqlandırılır. "Trend Transport" regionun nəqliyyat sektorunun xülasəsidir. "Trend Weekly Business Report" və "Trend Monthly Business Report" ölkə iqtisadiyyatının makroiqtisadi göstəricilərinin xülasəsi, "Trend Finances" ixtisaslaşmış nəşri maliyyə sektorunun məlumat xülasəsi, "Iran Economy Review" - İranın makroiqtisadi xülasəsidir.

Xəbər lenti

Xəbər lenti