...

Ukrayna və Polşa Brodı-Plosk layihəsi üzrə daha çox təşəbbüs göstərməlidir - Azərbaycanın energetika naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 16:45 (UTC +04:00)
Avrasiya neft nəqli dəhlizi çərçivəsində Brodı-Plosk neft kəmərinin tikintisi layihəsinin həyata keçirilməsində Ukrayna və Polşa tərəfləri daha çox təşəbbüs göstərməlidirlər.
Ukrayna və Polşa Brodı-Plosk layihəsi üzrə daha çox təşəbbüs göstərməlidir - Azərbaycanın energetika naziri

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.İsmayılov/

Avrasiya neft nəqli dəhlizi çərçivəsində Brodı-Plosk neft kəmərinin tikintisi layihəsinin həyata keçirilməsində Ukrayna və Polşa tərəfləri daha çox təşəbbüs göstərməlidirlər. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, bu kimi layihələrdə əsas məsələ maliyyələşdirmə prosesidir.

"İndi vacib olan məsələ Polşa və Ukrayna arasında neft kəməri hissəsinin tikintisini kimin maliyyələşdirəcəyini müəyyən etməkdir", - Əliyev deyib.

Maliyyələşdirmə məsələləri üzrə Aİ-yə müraciətlər var.

"Maliyyələşdirməni həyata keçirmək üçün iki variant var. Birincisi, Ukrayna və Polşa məsələni Aİ-nin köməyi ilə həll etməlidir. İkincisi isə maraqlı tərəflərdən hansısa birinin maliyyələşdirməni öz öhdəsinə götürməsidir", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan neftinin Ukraynaya nəqlinin builki həcmi ötən ildə olduğu kimi, iki milyon ton səviyyəsində proqnozlaşdırılıb. Əliyev növbəti il üçün həcmi dəqiqləşdirməyib. Belə ki, hazırda Azərbaycan neftinin Macarıstan və Çexiyaya nəql imkanları nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti