...

BVF 2012-ci ildə Azərbaycanda ÜDM-in 7 faizlik artımını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2011 14:08 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) 2011-2012-ci illərdə Azərbaycan iqtisadiyyatının artım sürəti üzrə proqnozu yeniləyib.
BVF 2012-ci ildə Azərbaycanda ÜDM-in 7 faizlik artımını proqnozlaşdırır

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondu (BVF) 2011-2012-ci illərdə Azərbaycan iqtisadiyyatının artım sürəti üzrə proqnozu yeniləyib. Trend-in məlumatına görə, bu barədə BVF-nin "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı sentyabr məruzəsində deyilir. Məruzə çərşənbə günü fondun rəsmi saytında dərc olunub.

BVF-nin yenilənmiş proqnozlarına görə, 2011-ci ilin yekunları üzrə Azərbaycanın ÜDM-ində artım 0,2 faiz (aprel proqnozu 2,8 faiz səviyyəsində olub) təşkil edəcək. 2012-ci il üzrə ÜDM-də artım 7,1 faiz (2,5 faiz), 2016-cı ildə isə 2,3 faiz (2,5 faiz) səviyyəsində proqnozlaşdırılır.

BVF-nin proqnozlarına görə, 2011-ci ildə Azərbaycanda inflyasiya 9,3 faiz səviyyəsində olacaq, halbuki fond əvvəllər cari il üçün inflyasiyanı 10,3 faiz həddində proqnozlaşdırmışdı.

2012-ci il üçün BVF ölkədə inflyasiyanı 10,3 faiz (7,5 faiz), 2016-cı ildə isə 5,4 faiz (5 faiz) səviyyəsində proqnozlaşdırır.

BVF-nin proqnozlarına görə, 2011-ci ilin dekabrında inflyasiya ötən ilin dekabrı ilə müqayisədə 11,2 faiz, 2012-ci ildə isə 9,5 faiz təşkil edəcək.

Fondun qiymətləndirmələrinə görə, 2011-ci ildə Azərbaycan ÜDM-nin 22,7 faiz (sentyabr proqnozu 28,4 faiz) səviyyəsində ödəniş balansının profisitinə malik olacaq, 2012-ci ildə 19,3 faiz (24,2 faiz), 2016-cı ildə isə 8,2 faiz (17,2 faiz) təşkil edəcək.

Bir müddət əvvəl Asiya İnkişaf Bankı da (AİB) Azərbaycanın ÜDM-inin artım proqnozlarına və 2011-ci və 2012-ci illər üçün inflyasiya gözləntilərinə yenidən baxıb. AİB-in "Asiyanın inkişafını yenilənmiş icmalı -2011" adlı illik iqtisadi nəşrində deyildiyi kimi, bank Azərbaycan üçün 2011-ci ildə üç faizlik, 2012-ci ildə isə 4,5 faiz səviyyəsində artım proqnozlaşdırır. AİB Azərbaycan üçün inflyasiya proqnozlarının əvvəlki səviyyədə - 2011-ci il üçün 7,5 və 2012-ci il üçün 7 faiz səviyyəsində saxlayıb.

Ötən illə müqayisədə, 2011-ci ildə artım 7,66 faiz səviyyəsində gözlənilir. 2010-cu ilin yekunlarına görə, Azərbaycanda ÜDM-in artım sürəti beş faiz, qeyri-neft sektoru 7,9 faiz təşkil edib. Bu il istehlak qiymətlərinin indeksi 2010-cu ildəki 5,7 faizə qarşı 7-8 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti