...

Azərbaycanda 360 kq saxlama müddəti ötmüş ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2011 19:42 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 360 kq-a yaxın olan saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub.
Azərbaycanda 360 kq saxlama müddəti ötmüş ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 360 kq-a yaxın olan saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Bakının Binəqədi, Nərimanov, Xəzər rayonlarında, eləcə də Abşeron, Sabirabad, Ağdam və Qəbələ rayonlarında aparılan monitorinqlər zamanı ümumi çəkisi 360 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti