...

ASB Bank lotereya qalibinə mükafatlar təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2011 13:02 (UTC +04:00)
"Western Union" beynəlxalq pulköçürmə sistemi tərəfindən 5 bank arasında 2011-ci il aprelin 15-dən başlayan "Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" lotereya kampaniyası sona çatıb.
ASB Bank lotereya qalibinə mükafatlar təqdim edib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

"Western Union" beynəlxalq pulköçürmə sistemi tərəfindən 5 bank arasında 2011-ci il aprelin 15-dən başlayan "Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm" lotereya kampaniyası sona çatıb. Bu barədə cümə günü Azərbaycan Sənaye Bankından (ASB) Trend-ə verilən məlumatda deyilir.

Kampaniya "Western Union" sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub. 2011-ci il iyul 27-də həm birinci kampaniyanın kuponları, həm də ikinci kampaniyanin kuponları daxil olmaqla, "Excelsior" mehmanxanasında lotereya oyunu keçirilib. Keçirilən lotereya oyununda ASB Bank Təbriz filialının müştərisi olan Ramzan İsayev "Western Union" vasitəsilə pul köçürərək lotereyada iştirak edib və kampaniyada qalib gəlib.

Sentyabrın 6-da isə ASB Bank "Western Union" nümayəndələri ilə birgə kampaniya çərçivəsində lotereyanın oyununun qalibini mükafatlandırıb. Mükafatlandırma ASB Bankın Təbriz filialında keçirilib. Qalibə 1000 manat məbləğində pul mükafatı və hədiyyə olaraq fotoçərcivə təqdim olunub.

"Azərbaycan Sənaye Bankı" ASC 1996-cı ildən fəaliyyətə başlayıb. 31 avqust 2011-ci ilin nəticələrinə görə, bankın aktivlərinin həcmi 164.982 mln. manat, depozit portfeli 90.688 mln. manat, kredit portfeli 135.366 mln.manat, nizamnamə kapitalı isə 24.000 mln. manat təşkil edir.

Bankın respublika üzrə 8 filialı, 1 şöbəsi, 32 bankomatı və 314 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 20.000-dən, cəmi müştərilərin sayı isə 35.800-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti