...

Vergilər Nazirliyi 2012-ci ildə hüquqi şəxslərin elektron qeydiyyatına başlanacağını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2011 19:28 (UTC +04:00)
Gələn ildən etibarən Azərbaycanda hüquqi şəxslərin onlayn qeydiyyatına başlanacaq. Trend-in məlumatına görə, bunu cümə günü Şamaxıda jurnalistlərə nazirliyin kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi analiz Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.
Vergilər Nazirliyi 2012-ci ildə hüquqi şəxslərin elektron qeydiyyatına başlanacağını açıqlayıb

Azərbaycan, Şamaxı, 23 sentyabr /Trend, müxbir N.İsmayılova/

Gələn ildən etibarən Azərbaycanda hüquqi şəxslərin onlayn qeydiyyatına başlanacaq. Trend-in məlumatına görə, bunu cümə günü Şamaxıda jurnalistlərə nazirliyin kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi analiz Baş İdarəsinin rəisi Natiq Şirinov deyib.

"Azərbaycanda artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin elektron qeydiyyatı aparılır. Vergilər Nazirliyi indi hüquqi şəxslərin də onlayn qeydiyyatı üzrə işləri tamamlayır ki, bu, ölkədə elektron imzanın tətbiqinin başlanması ilə mümkün olacaq", - Şirinov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan bu sahədə digər ölkələrin təcrübəsini öyrənir. Oktyabrda işçi qrupun Tallinə səfəri gözlənilir. Bundan sonra qrup elektron qeydiyyat sahəsində Sinqapurun təcrübəsi ilə tanış olacaq.

Ölkədə sahibkarların elektron qeydiyyat sisteminin tətbiqi ilə şəxsi identifikasiya nömrəsinin əldə olunması internet vasitəsilə ərizə təqdim olunması ilə mümkün olacaq. Bu "vahid pəncərə" sisteminin inkişafına və Azərbaycanın investisiya imkanlarının yaxşılaşdırılmasına kömək edəcək.

"Vahid pəncərə" vasitəsilə ticarətin qeydiyyat sistemi 2008-ci ilin əvvəlindən tətbiq olunur və o, vergilər nazirliyi tərəfindən həyata keçirilir.

Vergilər Nazirliyi 2011-ci il iyul ayının 1-dən ilk dəfə hüquqi şəxs təşkil etmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn qeydiyyatını həyata keçirib.

İlkin qiymətləndirmələrə görə, fiziki şəxslərin onlayn qeydiyyatının tətbiq olunması ildə təxminən bir milyon manata qənaət və qeydiyyat üçün sərf olunan vaxtın 2 gündən 2-3 dəqiqəyə qədər azaldılmasını təmin edəcək.

Xəbər lenti

Xəbər lenti