...

"Flydubai" Belqrada aviareys açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2011 16:08 (UTC +04:00)
"Flydubai" 2011-ci il noyabrın 10-dan Belqrad şəhərinə uçuşların başlanmasını bəyan edib.
"Flydubai" Belqrada aviareys açır

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Flydubai" 2011-ci il noyabrın 10-dan Belqrad şəhərinə uçuşların başlanmasını bəyan edib. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Hadisəni şərh edən "Flydubai" aviaşirkətinin baş meneceri Qeyt əl-Qeyt deyir: "Biz Birləşmiş Ərəb Əmirliklərindən birbaşa hava yolunun azlıq təşkil etdiyi istiqamətlərə üstünlük veririk. Fəxr edirik ki, Dubayı Belqrad şəhəri ilə bağlayan ilk aviaşirkət olduq. Ümidvarıq ki, inkişaf dövrünü yaşayan şəhərə əlverişli qiymətlərlə ziyarət etmək imkanı BƏƏ-də yaşayan serb diasporu və səyahət həvəskarları arasında böyük maraq doğuracaq".

Birləşmiş Ərəb Əmirliklərində 5 mindən artıq serbiya əsilli insan yaşayır. Burada ilk mühacir toplumlarınından birini təşkil etmiş serblər BƏƏ-nin inkişafında mühüm rol oynayıblar. Xüsusən, mühəndis işi, tikinti-inşaat, səhiyyə, idman və aviasiya sənayesi sahələrində. Serbiyanın idman ulduzları BƏƏ-də keçirilən idman yarışlarının əhəmiyyətini artırmağa daim yardım göstərirlər. Misal üçün, dünyanın bir nömrəli tennişçisi Novak Cokoviç müntəzəm olaraq Dubai Duty Free Tennis Championship turnirində iştirak edir.

Belqrad şəhəri "Flydubai"ın sürətlə artan şəbəkəsinin (Fars körfəzi, Asiya, Afrika, Avropa, Yaxın Şərq və Hindistan yarımadası şəhərləri daxil olmaqla) 46-cı istiqaməti olacaq. Keçən həftə Ukraynanın Kiyev, Xarkov, Donetsk şəhərlərinə ilk uçuşlar baş tutub, cari həftədə "Flydubai" Rusiyanın Kazan və Ufa şəhərlərinə, noyabr ayının 4-dən isə Gürcüstanın paytaxtı Tbilisiyə hava yolu açacaq.

Dubay-Belqrad reysinin qiyməti 220 ABŞ dollarından başlayır. Müştərilər yalnız almaq istədikləri xidmətlərə görə pul ödəyirlər. Biletin qiymətinə çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. 20 kiloya qədər olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 27 ABŞ dolları ödəmək lazımdır.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti