...

"AZAL Miles" proqramının işində texniki fasilə planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2011 12:38 (UTC +04:00)
"AZAL Miles" proqramının işində texniki fasilə planlaşdırılır
"AZAL Miles" proqramının işində texniki fasilə planlaşdırılır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

"AZAL-Miles" proqramının yeni müasir "Horizon" (Loyatly plus) sisteminə keçidi ilə əlaqədar olaraq, 1 oktyabr 2011-ci il tarixindən etibarən, 10 oktyabr 2011-ci il tarixinə kimi "AZAL-Miles" proqramı fəaliyyət göstərməyəcək (mile-ballar hesaba əlavə edilməyəcək, yeni kartlar sifariş olunmayacaq və mükafatlar təqdim edilməyəcək). Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Hava Yolları (AZAL) şirkətinin məlumatında deyilir.

Məlumata görə, 11 oktyabr 2011-ci ildən "AZAL-Miles" proqramı öz fəaliyyətini tam bərpa edəcək (göstərilən müddət ərzində həyata keçirilmiş uçuşlara görə mile-ballar "AZAL-Miles" proqramı iştirakçılarının hesablarına avtomatik olaraq əlavə ediləcək).

Xəbər lenti

Xəbər lenti