...

Azərbaycan Mərkəzi Bankı artıq borclanma ilə mübarizəni aktivləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 14:34 (UTC +04:00)
Azərbaycanın maliyyə sektorunda artıq borclanma ilə mübarizədə bütün bank olmayan kredit təşkilatlarının (BOKT) mərkəzləşdirilmiş kredit reyestrinə qoşulması vacibdir.
Azərbaycan Mərkəzi Bankı artıq borclanma ilə mübarizəni aktivləşdirib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın maliyyə sektorunda artıq borclanma ilə mübarizədə bütün bank olmayan kredit təşkilatlarının (BOKT) mərkəzləşdirilmiş kredit reyestrinə qoşulması vacibdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərbaycanda artıq borclanma ilə mübarizə" mövzusunda investorların yarmarkasında Mikromaliyyə Təşkilatları Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib.

"Əsas məqsəd investroların maraqlarının və onların hüquqlarının müdafiəsi üçün yarmarkalar təşkil etmək - mikromaliyyə təşkilatları ilə investorlar arasında dialoq qurulmasını təmin etməkdir", - Haciyeva deyib.

Onun sözlərinə görə, ikinci yarımildən etibarən BOKT-nin göstəricilərinin Azərbaycan Mərkəzi Bankında (AMB) kredit reyestrinə daxil edilməsinə başlanılıb.

AMB-nin baş direktoru Rəşad Orucovun sözlərinə görə, 2010-cu ildə bu sahədə hüquqi bazanın yaradılması bazarın göstərilən seqmentinin inkişafına təkan verib. İlin əvvəlindən ölkədə 6 yeni BOKT qeydiyyatdan keçib, bununla yanaşı, onların kapitallarının artırılması prosesi müşahidə olunur.

Bu gün ölkədəki kredit portfelinin təxminən 20 faizi mikromaliyyə təşkilatlarının payına düşür. Bundan əlavə, bu sektorun inkişafı üçün müasir korporativ idarəetmənin tətbiqi vacibdir.

"Bu gün Mərkəzləşdirilmiş Kredit Reyestrinə 7 BOKT qoşulub ki, onların da müştəri bazası ölkənin mikromaliyyə bazarının 60 faizini əhatə edir", - Orucov bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın sözlərinə görə, hələ çox işlərin görülməsinin vacibliyinə baxmayaraq, Azərbaycanın Mərkəzi Bankı ölkədə müxtəlif islahatların həyata keçirilməsinin öhdəsindən çox gözəl gəlir.

"ABŞ Mikromaliyyə Təşkilatları Assosiasiyasına və Mərkəzi Banka bu islahatları həyata keçirmək üçün dəstək verməyə hazırdır", - Brayza deyib.

Xəbər lenti

Xəbər lenti