...

Azərbaycanda 8 mindən çox torpaq qanunvericiliyi pozuntusu qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2011 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Axundov/

2000-ci ildən başlayaraq bugünədək Azərbaycanda 8 mindən çox torpaq qanunvericiliyi pozuntusu qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov hakim Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilən, 20 il ərzində Azərbaycanda aparılan torpaq islahatlarına həsr olunmuş mətbuat konfransında deyib.

"2000-ci ildən Dövlət Komitəsi torpaqlardan istifadə və onların mühafizəsi üzrə dövlət nəzarətini həyata keçirir. Bugünədək bu sahədə səkkiz mindən çox torpaq qanunvericiliyi pozuntusu qeydə alınıb", - Məmmədov bildirib.

Onun sözlərinə görə, Komitənin əməkdaşlarının müdaxiləsindən sonra dörd mindən artıq belə pozuntu aradan qaldırılıb.

"Elə bu qədər də inzibati cəza tətbiq edilib. Nəticədə dövlət büdcəsinə on minlərlə manat vəsait daxil olub", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti