...

Azərbaycanda dəmiryol biletlərinin onlayn satışına başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yaxın günlərdə "Azərbaycan Dəmir Yolları" QSC həm ölkədaxili, həm də xarici sərnişin reyslərinə biletlərin onlayn satışına başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan dəmiryolçularının peşə bayramına və ölkənin müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirdə QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

"Onlayn satışlara hazırlıq prosesi yekunlaşma mərhələsindədir", - Əsgərov deyib.

Onun sözlərinə görə, bu ilin yanvar-sentyabr ayları ərzində QSC-nin ümumi gəliri 134 milyon manat olub ki, bunun da sərnişindaşımadan əldə olunan hissəsi 15 milyon manat, yükdaşımadan əldə olunan hissəsi isə 119 milyon manat təşkil edib.

Oktyabrın 13-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti