...

Ağcabədi rayonunun prioritet sahələrinin inkişafı üzrə investisiya layihələrinin qəbuluna başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 17:23 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunun Laçın rayonundan olan məcburi köçkünlərin yaşadıqları Taxta Körpü qəsəbəsində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Ağcabədi rayonunun prioritet sahələrinin inkişafı üzrə investisiya layihələrinin qəbuluna başlanıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.İsmayılov/

İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunun Laçın rayonundan olan məcburi köçkünlərin yaşadıqları Taxta Körpü qəsəbəsində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Oktyabrın 7-də Taxta Körpü qəsəbəsində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Nəticədə aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir tələblərə cavab verən kiçik həcmli çörək istehsalı müəssisəsinin yaradılması;
- kiçik həcmli meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması;
- kiçik həcmli toxuculuq, tikişçilik və xalçaçılıq müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan almaq olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17

Xəbər lenti

Xəbər lenti