...

EEIG azərbaycanlı sahibkarlara səmərəli maliyyə axtarışında kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2011 12:30 (UTC +04:00)
Avropa İqtisadiyyat, Ticarət və Sənaye Palatası (EEIG) oktyabrın 19-da "Maliyyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar" mövzusunda seminar keçiriləcək.
EEIG azərbaycanlı sahibkarlara səmərəli maliyyə axtarışında kömək edəcək

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir N.İsmayılova/

Avropa İqtisadiyyat, Ticarət və Sənaye Palatası (EEIG) oktyabrın 19-da "Maliyyə vəsaitlərinin səmərəli şəkildə cəlb edilməsi. Beynəlxalq və yerli bazarlar" mövzusunda seminar keçiriləcək.

Seminar Kempinski Badamdar mehmanxanasında keçiriləcək.

Tədbirin təşkilatçıları EEIG-in Azərbaycandakı nümayəndəliyi və "PASHA Bank" ASC-nin sponsorluğu ilə keçirilir.

Seminarda əsas diqqət yerli şirkətlər üçün sərfəli maliyyə mənbəyi olan beynəlxalq bazarlara yönəldiləcək.

Azərbaycanın yüksək vəzifəli şəxslərin iştirakı ilə keçiriləcək seminarda, aparıcı beynəlxalq maliyyə və hüquq konsaltinq şirkətlərini təmsil edən (Grant Thornton, Simmons&Simmons və s.) yüksək səviyyəli konsultantlar öz təcürbələri ilə bölüşəcəklər. Əlaqələrin qurulması üçün nəzərdə tutulmuş şam yeməyi zamanı yeni insanlarla işgüzar tanışlıq qurmaq imkanı olacaq.

Avropa İqtisadiyyat,Ticarət və Sənaye Palatası (EEİG) 1985-ci il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində təsis olunmuş beynəlxalq miqyasda fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır.

EEİG-nin dünyanın 42 ölkəsində nümayəndəlikləri vardır, Azərbaycanda o, 2008-ci ildən fəaliyyət göstərir. Palatanın əsas məqsədi Azərbaycanın və Aİ ölkələrinin işgüzar dairələri arasında əməkdaşlığa və təcürbə mübadiləsinə köməklik göstərməkdir.

Xəbər lenti

Xəbər lenti