...

2011-ci ildə ilk dəfə Azərbaycanda biznesin güzəştli maliyyələşdirilməsi həcmləri proqnozları üstələyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2011 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2011-ci ildə öz fəaliyyətə başladığı vaxtdan ilk dəfə olaraq verilən kreditlərin planlaşdırılan həcminin maksimum üstələməyi planlaşdırır. Bu barədə Trend-ə şənbə günü SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib.

"2011-ci ildə fond 125 milyon manat məbləğində güzəştli kreditin maliyyələşdirilməsini planlaşdırır. Lakin sahibkarlar tərəfindən edilən çoxsaylı müraciətlər səbəbindən biz kreditləşmə üçüm əlavə vəsaitlərin cəlb edilməsi imkanlarını nəzərdən keçiririk", - Abdullayev deyib.

Onun sözlərinə görə, bu günədək SKMF 1314 sahibkara 108 milyon manatlıq kredit verib.
"Eləcə də beş ay ərzində Bakı qəsəbələrində kiçik və orta sahibkarlığı dəstəkləmək məqsədilə fond 30 milyon manatadək güzəştli kredit təqdim edib və 2013-cü ilin sonunadək biz öz resurslarımızın əhəmiyyətli hissəsini bu layihələrin maliyyələşdirilməsinin davam etdiirlməsi üçün nəzərdə tutmuşuq", - o deyib.

2011-2013-cü illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı Prezident İlham Əliyev tərəfindən 2011-ci il mayın 4-də təsdiq olunub.
Oktyabrın 15-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti