...

KOICA Azərbaycanda xüsusi iqtisadi zonaların inkişafına kömək göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2011 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev 14 oktyabr 2011-ci il tarixində KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) "Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin (SŞ) İnkişafı" Layihəsinə dair Qrant Razılaşmasını imzalamışlar.

Koreya Respublikası Höküməti adından KOICA layihənin 2011-2012-ci illərdə 18 ay ərzində həyata keçirilməsi üçün 1,000,000 ABŞ dolları (bir milyon ABŞ dolları) həcmində büdcə ayırmışdır.

Layihənin məqsədləri 1) Azərbaycanda yerli və xarici investisiyaların həvəsləndirilməsinə imkan verən sənaye müəssisələrinin yerləşməsi üçün ərazinin müəyyənləşdirilməsi, sənaye sahələrinin inkişafı və idarə edilməsi üçün təkmilləşdirmə siyasəti və strategiyasının hazırlanması, 2) Xüsusi İqtisadi Zonalara dair Qanununa yenidən baxılması və siyasətin həyata keçirilməsinin səmərəliliyini və ardıcıllığını təmin etmək üçün gələcək hüquqi və tənzimləyici çərçivənin inkişaf etdirilməsi, 3) İnstitusional və kadr potensialını artırmaqla sənayenin yerləşməsi siyasətini inkişaf etdirmək və XİZ-lərin və SŞ-lərinin inkişafı və idarə edilməsi üçün yeni sistem və institusional quruluşun yaradılmasıdır.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlətin qrant yardımını və texniki əməkdaşlıq proqramlarını həyata keçirən Koreya Respublikasının dövlət agentliyidr. KOICA-nın əməkdaşlıq etdiyi 43 ölkədə nümayəndəliyi vardır.

Xəbər lenti

Xəbər lenti