...

Yeni gəmiqayırma zavodu Azərbaycanın Xəzərdəki mövqelərini möhkəmləndirəcək - ARDNŞ

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 13:53 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yeni gəmiqayırma zavodunun tikintisi 2011-2013-cü illərdə aparılacaq.
Yeni gəmiqayırma zavodu Azərbaycanın Xəzərdəki mövqelərini möhkəmləndirəcək - ARDNŞ

Аzərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yeni gəmiqayırma zavodunun tikintisi 2011-2013-cü illərdə aparılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasiyev çərşənbə axşamı ətraf mühit və sosial-iqtisadi sahəyə təsir haqqında hesabatın ictimai dinləmələri zamanı deyib.

Yeni zavodun tikintisi barədə qərar Xəzərdə gəmiqayırma sahəsində çatışmayan güclərin təminatı üçün qəbul edilib.
Hesabatda deyildiyi kimi, tikinti çərçivəsində birgə müəssisə yaradılıb. Həmin müəssisədə ARDNŞ 65 faiz, Azərbaycan İnvestisiya Şirkəti - 25 faiz və KEPPEL şirkəti 10 faiz paya malikdir. Zavod KEPPEL şirkəti tərəfindən idarə olunacaq. Onun tikintisinin 30 faizi səhm kapitalının, 70 faizi isə bank kreditlərinin cəlb olunması hesabına təmin olunacaq.

Ağasıyevin sözlərinə görə, zavod Xəzərin neft donanması, Xəzər Dəniz Gəmiçiliyi, hərbi məqsədlər, eləcə də Dövlət Sərhəd Xidməti üçün gəmilər inşa edəcək. Yeni müəssisədə Caspian Max tipli, 60-70 min ton yük daşımaq qabiliyyətinə malik iri tonnajlı tankerlətr tikiləcək. Bundan başqa, zavodda gəmilər təmir olunacaq.

Yeni gəmiqayırma zavodunun istehsal gücü sayəsində digər Xəzəryanı dövlətlərin gəmiyə, eləcə də onların gəmilərinin təmirə olan tələbatını maksimum ödəmək mümkün olacaq.

"Bütün bu vəzifələrin həyata keçirilməsi Azərbaycanın Xəzərdəki mövqelərini möhkəmləndirməyə imkan verəcək", - Ağasıyev deyib.

Hazırda bu layihənin reallaşdırılması çərçivəsində ətraf və sosial-iqtisadi mühitə potensial təsir mənbələrinin yumşaldılmasına dair tədbirlərin hazırlanması, eləcə də ətraf mühitin idarə olunması planı üzrə işlər aparılır.

Yeni zavodun stapelindən ilk gəmi artıq 2013-cü ildə suya salınacaq.

Müəssisənin sahəsi 880 min kvadratmetr, qapalı istehsal sahəsinin ərazisi 75 min kvadratmetr təşkil edəcək. Körpülərin uzunluğu 1300 metr təşkil edəcək.

Gəminin tikintisinə qoyulan investiisyaların həcmi 450 milyon dollar təşkil edir.

Zavod hər il 15 min ton dedveytə malik dörd tanker və ya 70 min ton dedveytə malik iki tanker istehsal edeəbilər. Bundan əlavə zavod ildə dörd gəmi və yedək gəmisi istehsal edə və müxtəlif təyinatlı 80-100 ədəd gəmi təmir edə biləcək.

Xəbər lenti

Xəbər lenti