...

Bakının bir neçə rayonuna içməli suyun verilməsi müvəqqəti dayandırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2011 15:46 (UTC +04:00)
Bakının Xətai rayonuna içməli suyun verilməsi müvəqqəti dayandırılacaq.
Bakının bir neçə rayonuna içməli suyun verilməsi müvəqqəti dayandırılacaq

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Bakının Xətai rayonuna içməli suyun verilməsi müvəqqəti dayandırılacaq.

"Azərsu" ASC-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Xətai rayonunun "Qara şəhər" ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar Ə.Axundov, N.Rəfiyev, İ.Orucova, S.Orucov, A.Cəlilov, F.Bayramov, R.Əliyev küçələri, eləcə də Xocalı və Nobel prospektlərinin bir hissəsinə içməli suyun verilməsi 2 noyabr saat 09:00-dan 03 noyabr saat 09:00-dək dayandırılacaq.

Həmçinin, Nərimanov və Nəsimi rayonları ərazisində aparılacaq təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar H.Sarabski, N.Vəzirov, S.Vurğun, M.Əlizadə, R.Muxtarov, Y.Vəzirov küçələrinə içməli suyun verilməsi 2 noyabr saat 09:00-dan 03 noyabr saat 09:00-dək dayandırılacaq.

ASC müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyir.

Xəbər lenti

Xəbər lenti