...

Azərbaycanın iri bankının özəlləşdirilməsi ilə bağlı qərar 2012-ci ildən tez olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2011 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondu Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi strategiyasının işlənməsində məsləhətçilərin təyin olunmasını alqışlayır və dövlətdən ayrılma prosesinin dəqiq qrafikə uyğun həyata keçirilməsini tövsiyə edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının rəhbəri, Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentində (MCD) şöbə direktorunun müavini Nədim İlahi Bakıda keçirilən mətbuat konfransında deyib.

BVF-in missiyası oktyabrın 20-dən noyabrın 2-dək Azərbaycan hökuməti ilə "BVF-in yaradılması haqqında" sazişin IV maddəsı üzrə məsləhətləşmələr aparmaq üçün Bakıdadır. Məsləhətləşmələr daimi əsasda hər il aparılır.

"Ölkə hökuməti ABB-nin özəlləşdirilməsi ilə bağlı bütün məsələlərin həllini gələn ilin yayından tez olmayaraq müəyyənləşdirəcək. Həmin vaxt məsləhətçilər öz strategiyalarını hazırlayacaqlar", - İlahi deyib.

"PriceWaterhouseCoopers Audit Azerbaycan", "Salans UK Limited", "Rothschild & CIE" konsorsiumu ABB-nin özəlləşdirilməsi üzrə məsləhətçi seçilib.

Məsləhətçinin vəzifəsinə satış dövrünə daha yaxın maliyyə-təsərrüfat fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun qiymətləndirilməsi daxildir. Məsləhət xidmətləri iki mərhələdə göstəriləcək və yuxarıda qeyd edilən xidmətlərin təqdimatı hər iki mərhələdə lazım olacaq. Birinci mərhələ çərçivəsində məsləhətçi növbəti işlərin keçirilməsini təmin etməlidir: özəlləşdirmə üzrə təklif və əlavə emissiya səhmləri yolu ilə bankın nizamnamə kapitalında dövlətin payının azaldılması, eləcə də bankın səhmlərinin qiyməti və satışı şərtləri üzrə əsaslanmış tövsiyələr vermək.

Xəbər lenti

Xəbər lenti