...

Azərbaycanda növbəti dəfə istehlakçıların aldadılması faktı aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2011 15:32 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı istehlakçıların aldadılması faktı aşkar olunub.
Azərbaycanda növbəti dəfə istehlakçıların aldadılması faktı aşkar olunub

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı istehlakçıların aldadılması faktı aşkar olunub.

"Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Cavadxan küçəsi, ev 10 ünvanında Muhammad Sadam Şaliyə məxsus mağazada aparılan yoxlama zamanı mağazada istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların aldadıldığı müəyyən olunub", - cümə axşamı Trend-ə nazirlikdən verilən məlumatda deyilir.

Belə ki, mağazanın qapısında iri hərflərlə "Bütün mallara 70% endirim" sözləri yazılsa da, satışda olan 638 ədəd qadın geyimlərinə endirimin tətbiq edilmədiyi müəyyən olunub.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti