...

Belqradda Serbiya-Azərbaycan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2011 20:13 (UTC +04:00)
Belqrad şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Serbiya-Azərbaycan biznes forumu keçiriləcək.
Belqradda Serbiya-Azərbaycan biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Noyabrın 4-də Serbiya və Azərbaycan hökumətlərarası iqtisadi komissiyasının iclası çərçivəsində Belqrad şəhərində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Serbiya-Azərbaycan biznes forumu keçiriləcək.

AZPROMO-dan cümə axşamı Trend-ə verilən məlumata görə, tədbir Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə keçiriləcək.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

Səfər noyabrın 6-dək nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti