Azərbaycan, Bakı, 4 noyabr /Trend/
Azərbaycan Beynəlxalq Bankının (ABB) gəlirləri cari ilin birinci və ikinci rübləri ilə müqayisədə, müvafiq olaraq, 22,8 % və 20,4% faiz artaraq, 1 oktyabra 103 milyon 892,9 min manat səviyyəsində olub. Trend-in məlumatına görə, bu barədə bankdan bildirilib.
Son altı ay ərzində ABB tərəfindən ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə kredit qoyuluşunun həcmi 184 milyon manatdan çox olub. Hazırda bankın kredit portfelinin həcmi 3.064.095,78 min manatdır ki, bu da ölkə üzrə ümumi kredit qoyuluşlarının 28 faizinə bərabərdir.
ABB-nin aktivlərinin həcmi bu ilin birinci rübündən bəri 226 milyon manat artaraq 1 oktyabr tarixinə 4 milyard 922,7 milyon manat səviyyəsində olub.
Bankın xalis mənfəəti ötən rübə nisbətən 35 faiz artaraq (vergilər çıxıldıqdan sonra) 7 053,25 min manat olub.