...

Azərbaycanın ixrac potensialının yüksəldilməsi üçün milli standartlar təkmilləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2011 13:32 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi il ərzində 100-dən artıq milli standartı Avropa standartına uyğunlaşdırıb.
Azərbaycanın ixrac potensialının yüksəldilməsi üçün milli standartlar təkmilləşdirilir

Azərbaycan, Bakı, 11 noyabr / Trend, müxbir А.Axundov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi il ərzində 100-dən artıq milli standartı Avropa standartına uyğunlaşdırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib.

"Dövlət Komitəsinin məqsədi ölkədəki bütün standartların, eləcə də sovet dövründə qəbul edilmiş QOST standartlarının mərhələli şəkildə Avropa standartlarına uyğunlaşdırılmasıdır", - Həsənov deyib.

Onun sözlərinə görə, bu proses iqtisadiyyat sahələrinin hazırlıq səviyyəsindən asılıdır.

"İqtisadiyyatın heç də bütün sahələri yeni standartların qəbuluna hazır deyil, ona görə biz bu prosesi mərhələli şəkildə aparırıq", - Həsənov deyib.

Komitə sədri bu prosesin tam başa çatacağı müddəti göstərməkdə çətinlik çəkib.

"Biz xüsusilə qida sənayesi standartlarına ciddi yanaşırıq, çünki bu, ölkənin ixrac potensialının artırılması baxımından da vacibdir", - Həsənov bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda Azərbaycan məhsullarının Macarıstana, daha sonra isə Avropaya ixrac olunması üçün Macarıstanla lisenziyalaşdırma üzrə hökumətlərarası sazişin imlanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti