...

Oktyabrda Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 1 faiz ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2011 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir N.İsmayılova/

Oktyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 1 faiz ucuzlaşıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, ay ərzində mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 1,1 faiz ucuzlaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,1 faiz bahalaşıb.

Oktyabr ayında elektrik avadanlıqlarının istehsalı üzrə istehsalçı qiymətləri 5,5 faiz, geyim istehsalı üzrə 5,2 faiz, tütün məmulatlarının istehsalı üzrə 4,8 faiz, metallurgiya sənayesi üzrə 3,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,7 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,6 faiz, poliqrafiya fəaliyyəti və maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabılarının istehsalı üzrə 0,1 faiz bahalaşıb.

Oktyabr ayı ərzində toxuculuq sənayesi üzrə istehsalçı qiymətləri 7,7 faiz, qida məhsullarının istehsalı üzrə 1,4 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,9 faiz, kimya sənayesi üzrə 0,7 faiz, mebel istehsalı üzrə 0,6 faiz, içki istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı üzrə 0,2 faiz, kağız və karton istehsalı üzrə 0,1 faiz ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti