...

"Eurovision 2012"-nin dövlət maliyyələşdirməsinin məbləği hələ müəyyən edilməyib - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2011 16:36 (UTC +04:00)
2012-ci ildə Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin təşkilinin dövlət maliyyələşdirməsinin məbləği hələ müəyyən edilməyib.
"Eurovision 2012"-nin dövlət maliyyələşdirməsinin məbləği hələ müəyyən edilməyib - nazir

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir A.Axundov/

2012-ci ildə Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin təşkilinin dövlət maliyyələşdirməsinin məbləği hələ müəyyən edilməyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın maliyyə naziri Samir Şərifov müsabiqənin təşkilinə bir milyard manat vəsait ayrılacağı barədə KİV-də yayılan məlumatları şərh edərkən deyib.

"Hələlik müsabiqəyə hazırlıq işləri gedir. Bizə dövlət büdcəsi vəsaiti hesabına zəruri xərclər üzrə məlumat daxil olanda, onları maliyyələşdirəcəyik", - Şərifov bildirib.

Onun sözlərinə görə, dünyada "Eurovision" müsabiqəsini təkcə dövlət deyil, həm də çoxlu sayda özəl sponsorlar, o cümlədən turizmin inkişafında maraqlı olan müxtəlif təşkilatlar və başqaları maliyyələşdirir.

"Azərbaycan dövləti bu tədbirin keçirilməsinə zəruri dəstəyi də göstərəcək", - Şərifov qeyd edib.

57-ci "Evrovision" mahnı müsabiqəsi Azərbaycanda keçiriləcək. Müsabiqənin yarımfinalları 2012-ci il mayın 22-də və 24-də, finalı isə mayın 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti