...

Azərbaycan Nəqliyyat Nazirliyi yeni piyada keçidinin tikintisinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2011 17:35 (UTC +04:00)
"Azəryolservis" SC Bakının Nizami rayonunun "8-ci kilometr" qəsəbəsindəki bazarın qarşısında yeni yeraltı piyada keçidinin tikintisinə başlayıb.
Azərbaycan Nəqliyyat Nazirliyi yeni piyada keçidinin tikintisinə başlayıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" SC Bakının Nizami rayonunun "8-ci kilometr" qəsəbəsindəki bazarın qarşısında yeni yeraltı piyada keçidinin tikintisinə başlayıb. Bu barədə çərşənbə günü Trend-ə SC-dən məlumat veriblər.

"Yeni piyada keçidinin tikintisinin 5-6 ay ərzində başa çatdırılması planlaşdırılır", - SC-dən deyiblər.

Məlumata əsasən, hazırda yeni keçidin tikintisi çərçivəsində torpaq, kommunikasiyaların köçürülməsi, eləcə də müvəqqəti yolun salınması üzrə işlər görülür.

Yeni keçid dörd çıxışdan ibarət olacaq, onlardan ikisi bazara, digər ikisi isə yaxınlıqda yerləşən Heydər Əliyev parkına çıxacaq.

Keçidin uzunluğu 56 metr, eni 12 metr, hündürlüyü isə 2,8 metr təşkil edəcək. Keçid nasos stansiyası, ventilyasiya sistemi və sanitariya qovşağı ilə təchiz ediləcək.

Xəbər lenti

Xəbər lenti