...

Azərbaycanda dəmir yol biletlərinin onlayn satışına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2011 12:40 (UTC +04:00)
Bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC daxili və xarici sərnişin reysləri üçün biletlərin onlayn satışına başlayıb.
Azərbaycanda dəmir yol biletlərinin onlayn satışına başlanılıb

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir E.İsmayılov/

Bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC daxili və xarici sərnişin reysləri üçün biletlərin onlayn satışına başlayıb.

Biletləri onlayn rejimdə www.railway.gov.az internet saytı vasitəsilə "Onlayn bilet" bölməsində əldə etmək olar. Alınan biletlərin ödənişini plastik kartlardan istifadə etməklə həyata keçirmək olar.

Biletləri onlayn rejimdə qatarın gəlişinə iki saat qalmış sifariş etmək olar. Sərnişin qatarın yola düşməsinə bir saat qalmış sərnişin bileti əldə etmək üçün sifarişi təsdiqləyən sənəd və ya şəxsiyyət vəsiqəsi ilə kassaya yaxınlaşmalıdır.

"Biletlərin onlayn satışının işə salınması göstərilən xidmətlərini keyfiyyətinin yaxşılaşdırılması baxımından çox vacibdir", - QSC-nin rəhbəri Arif Əsgərov bazar ertəsi xidmətin təqdimatı mərasimində bildirib.

Onun sözlərinə görə, biletlərin satışının yeni sisteminin tətbiqi Azərbaycanın dəmir yol infrastrukturunun inkişafı üzrə dövlət proqramının əsas istiqamətlərindən biridir.

Xəbər lenti

Xəbər lenti