...

"Unibank" kreditlərin rəsmiləşdirilməsi prosedurunu sadələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 nоyabr /Trend/

Bu həftədən "AL Kart" və nağd kreditlər cəlb edəcək müştərilər üçün azərbaycan bankı "Unibank" yeni aksiyaya başlayıb.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dekabr ayının 20-dək "Unibank"ın xidmət şəbəkəsində adı çəkilən kreditlər alan müştərilərin hər beşincisinə "Mobitel" zəmanətli "Nokia X1" mobil telefonu hədiyyə verilir.

"AL Kart" və nağd kreditlərin rəsmiləşdirilməsi proseduru da artıq hamı üçün sadədir. Belə ki, müştərilərin təsdiqlənmiş aylıq gəlirləri müvafiq olaraq "AL Kart" krediti üçün ən azı 200 manat, nağd kredit üzrə isə cəmi 85 manat təşkil edə bilər. Kreditlərin Bakı və Sumqayıt sakinlərinə 1500 manat məbləğinədək, digər bölgələr üçün isə 1000 manat həcmində verildiyi halda, bank tərəfindən zamin və girov tələbi irəli sürülmür.

İkikartlı "Nokia X1" mobil telefonu hədiyyə alacaq müştərilərin təyin edilməsi xüsusi proqram təminatı vasitəsilə aparılır. Bu zaman "AL Kart" və nağd kreditlərin alınması üzrə ardıcıllıq kompüter sistemində müştərilər tərəfindən edilən müraciətlərin qeydə alındığı andan hesablanır. Qaliblər mərkəzləşdirilmiş qaydada "Unibank"ın bütün filial və şöbələri üzrə müəyyən edilir. Yeni aksiya barədə daha ətraflı məlumat üçün bankın filiallarına və yaxud (012) 117 nömrəli telefona müraciət emək olar.

Noyabrın 22-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti