...

"AccessBank" kredit bayramı elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2011 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

"AccessBank" "Kredit Bayramı" adlı yeni kredit kampaniyasına start verib. Bu barədə cərşənbə günü Trend-ə bankdan məlumat verilib.

Bu kampaniyanın şərtlərinə uyğun olaraq, Yeni ilədək "AccessBank"da kredit (mikro və kiçik biznes kreditləri, aqrokreditlər, nağd kreditlər) götürən müştərilər əsas məbləği yalnız Novruz bayramından sonra ödəyəcəklər.

Bu kampaniya çərçivəsində müştərilər "AccessBank"dan, 5 il müddətinə, 100 manatdan 3 000 000 manatadək məbləğdə istənilən növ krediti götürə bilərlər.

"AccessBank" həmişə öz müştərilərinə ən rahat məhsullar təqdim etməyə çalışır", - bankın baş meneceri Endryu Pospilovski yeni kampaniyanın başlanmasını şərh edərək deyib.

"АccessBank"ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin Global Finance (2011-ci il) və Euromoney Nəşriyyat Qrupu (2010-2011-ci illər) tərəfindən "Azərbaycanın ən yaxşı bankı", "The Banker" nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb. "AccessBank" 100 faiz xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20 faiz), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "Access Holding" (16.5 faiz) və Almaniyanın LFS Financial Systems GmbH (3.5 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti