Azərbaycan, Bakı, 15 dekabr / Trend,müxbir A.Axundov /
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları tənzimlənib. Trend-in məlumatına görə, bu barədə NK-nın cümə axşamı yaydığı məlumatda deyilir.
Prezident İlham Əliyev dekabrda sosial təminat, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma, elm və elmi-tədqiqat müəssisələrinin (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) səhiyyə, təhsil (ali məktəblər istisna olmaqla) sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında bir sıra fərmanlar imzalayıb.
Həmin fərmanlara görə, 2011-ci il dekabrın 1-dən yuxarıda göstərilən müəssisələrin işçilərinin əməkhaqları 10 faiz artırılıb.
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli
|
Əməyin ödənilməsi dərəcələri |
Aylıq tarif (vəzifə) maaşı (manatla) |
|
1 |
93,5 |
|
2 |
98 |
|
3 |
103 |
|
4 |
108 |
|
5 |
113 |
|
6 |
118 |
|
7 |
123 |
|
8 |
128 |
|
9 |
133 |
|
10 |
138 |
|
11 |
143 |
|
12 |
150 |
|
13 |
162 |
|
14 |
174 |
|
15 |
188 |
|
16 |
220 |
|
17 |
303 |
|
18 |
382 |
|
19 |
644 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli
|
Əməyin ödənilməsi dərəcələri |
Aylıq tarif (vəzifə) maaşı (manatla) |
|
1 |
120 |
|
2 |
125 |
|
3 |
130 |
|
4 |
135 |
|
5 |
140 |
|
6 |
145 |
|
7 |
150 |
|
8 |
160 |
|
9 |
170 |
|
10 |
180 |
|
11 |
190 |
|
12 |
200 |
|
13 |
210 |
|
14 |
230 |
|
15 |
250 |
|
16 |
290 |
|
17 |
370 |
|
18 |
450 |
|
19 |
680 |
Bir müddət əvvəl Azərbaycan Maliyyə Nazirliyindən Trend-ə deyildiyi kimi, ölkə Prezidentinin son fərmanlarına əsasən, əməkhaqlarının artırılması büdcə təşkilatlarının 667,9 min işçisini əhatə edəcək.
"Əməkhaqqının 10 faiz artımının ödənilməsinə 2011-ci ildə 12,9 milyon manat həcmində əlavə vəsait yönəldiləcək. Əməkhaqqı artımının maliyyələşdirilməsi məqsədilə 2012-ci ildə dövlət büdcəsindən əlavə 154,7 milyon manat ayrılacaq", - nazirlikdən məlumat verilib.
Dekabrın 15-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.