...

flydubai yükdaşımalara başladığını bəyan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2011 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.İsmayılov/

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti sərnişindaşıma və yükdaşımaların daha asan və rahat həyata keçirilməsi məqsədi ilə Cargo xidmətinin istifadəyə verilməsini bəyan edir. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

2012-ci ilin Yanvarın 1-dən fəaliyyətə başlayan Cargo xidməti şirkətin 46 istiqamət təşkil edən uçuş şəbəkəsi üzrə, həmçinin, Hindistan və Pakistanın bir neçə şəhərlərinə yükdaşıma xidməti göstərəcək. Yükdaşıma bölməsi vasitəsi ilə tez korlanan mallar, tikiş məhsulları, elektrotexnika, əczaçılıq, müxtəlif yüklər və əşyaları yollamaq mümkün olacaq.

Hadisəni şərh edən flydubai aviaşirkətinin Baş Meneceri Qeyt Əl Qeyt deyir: "flydubai Cargo-nun işə başlamasından çox məmnunam. Bu şirkətimizin ən böyük nailiyyətlərindən biridir. Bundan öncə cari ildə Texniki-Mühəndis bölməsi fəaliyyətə başlamışdır. Yeni yükdaşıma bölməsinin açılması bizim daim inkişafda olmağımızın göstəricisidir. Cargo xidmətini mövcudluğu qənaətcil və gənc aviaşirkət üçün nadir haldır. Bu yenilik bizi fərqləndirərək, doğru yolda olmağımızı nümayiş etdirir. Eyni zamanda, bu Dubayın irimiqyaslı nəqliyyat mərkəzi olmasını təsdiqləyir."

Yükdaşımaların 60 faizindən çoxunun tranzit yolu ilə həyata keçiriləcəyi gözlənilir. flydubai tranzitlə bağlı digər aviaşirkətlərlə müvafiq sazişlər imzalayıb. Boeing 737-800 NG təyyarəsi ilə ay ərzində, orta hesabla 1 500 tonn yük daşınacaq. Bu 15 ədəd Boeing 777 təyyarəsinin yükgötürmə qabiliyyətinə bərabərdir. "Yük daşımaları sərnişin daşımaları kimi təhlükəsiz olacaq" - Qeyt Əl Qeyt əlavə edib.

Beynəlxalq aviasiya nəqliyyatı təşkilatının nizamnaməsinə uyğun olaraq, bütün yüklər kağız faktura ilə deyil, elektron sənədləşmə yolu ilə qeydə alınacaqlar. Bu isə 1,2 mlrd. ABŞ dolları miqdarında qənaət deməkdir.

flydubai Cargo xidmətləri ilə 29 dekabr 2011-ci ildən etibarən istifadə etmək mümkündür. flydubai Cargo sifarişləri ilə bağlı sorğular üçün +971406033772 nömrəli telefona və yaxud yerli operatorlara müraciət olunmalıdır. Əlaqə telefonları flydubai.com saytının "Cargo" bölməsində mövcuddur. flydubai Cargo ilə elektron poçt vasitəsi ilə də əlaqə saxlamaq mümkündür - [email protected].

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 20 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. flydubai aviaşirkətinin məqsədi - səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir. Şirkətin biznes-modeli qənətcil qiymətlər üzərində qurulub. Aviaşirkət "value-for-money" məhsulunu rəqabətə uyğun təqdim edir. Şirkət Biletləri şirkətin saytından (www.flydubai.com), (+9714 301 0800) telefona zəng edərək və ya turoperatorlardan əldə etmər olar.

Xəbər lenti

Xəbər lenti