Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Nazirlər Kabineti iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə 2012-ci ildə aparılacaq monitorinqin qrafikini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Nazirlər Kabinetinin məlumatında deyilir.
Monitorinqlərin keçirilmə qrafiki:
Sıra |
Vergi ödəyiciləri |
Monitorinqin başlanma vaxtı |
Monitorinqin əhatə dövrü |
1. |
"Azərsu" ASC |
Aprel |
2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I rübü |
2. |
Dövlət Xəzər Dəniz Gəmiçiliyi |
May |
2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I rübü |
3. |
"Azərenerji" ASC |
May |
2011-ci ilin II-IV rübləri və 2012-ci ilin I rübü |
4. |
"Bakıelektrikşəbək" ASC |
İyul |
2011-ci ilin III-IV rübləri və 2012-ci ilin I-II rübləri |
5. |
"Azərbaycan Hava Yolları" QSC |
İyul |
2011-ci ilin II-IV rübləri və 2012-ci ilin I-II rübləri |
6. |
Dövlət Neft Şirkəti |
Oktyabr |
2011-ci ilin IV rübü və 2012-ci ilin I-III rübləri |
7. |
"Azərbaycan Dəmir Yolları" QSC |
Oktyabr |
2011-ci ilin IV rübü və 2012-ci ilin I-III rübləri |
8. |
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
Noyabr |
2011-ci ilin IV rübü və 2012-ci ilin I-III rübləri |
9. |
Bakı Metropoliteni |
Noyabr |
2011-ci ilin IV rübü və 2012-ci ilin I-III rübləri |