...

Azərbaycan bankı "Bank Standard" fəal müştərilərə "MacBook Pro" noutbukları bağışlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 14:00 (UTC +04:00)
Yanvarın 24-də "Bank Standard"ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində "Kartla ödə, Apple qazan!" aksiyasının I mərhələsinin uduş fondunun lotereyası keçiriləcək.
Azərbaycan bankı "Bank Standard" fəal müştərilərə "MacBook Pro" noutbukları bağışlayacaq

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Yanvarın 24-də "Bank Standard"ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində "Kartla ödə, Apple qazan!" aksiyasının I mərhələsinin uduş fondunun lotereyası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Lotereya onlayn rejimdə bankın www.bankstandard.com saytında canlı yayımlanacaq. Yayım 17:15-də başlayacaq.

Lotereya iştirakçılarının tam siyahısı artıq www.bankstandard.com saytında yerləşdirilib. Hər iştirakçı topladığı lotereya lotlarının ümumi sayını və onlara verilmiş lotereya nömrələrini kartının nömrəsi ilə bank saytı vasitəsilə öyrənə bilərlər.

Xatırladaq ki, 16 oktyabr - 31 sentyabr tarixləri arasında keçirilən "Kartla ödə, "Apple" qazan!" aksiyası "Bank Standard" tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edir. Əvvəlkilərdən fərqli olaraq yeni aksiya 4 mərhələdə keçirilir və bu mərhələlərin hər birində ardıcıl olaraq 10 ədəd MacBook Pro noutbuku, daha sonra 10 ədəd i-Pad planşeti, 10 ədəd i-Phone mobil telefonu və nəhayət 10 ədəd MacBook Air noutbuku oynanılacaq.

Aksiya müddəti ərzində bankın müştəriləri öz kartlarından istifadə edib POS-terminal, bankomat (ATM), "Mobile Banking" xidməti vasitəsilə, habelə İnternetdə ödənilmiş məbləğlərin hər 10 şərti vahidi (manat, USD, GBP, EUR) müqabilində bir lotereya şansı əldə edirlər.

Qeyd edək ki, ayrı-ayrı mərhələlərdə qazanılan lotereya şanslarına uduş düşmədiyi halda onlar növbəti mərhələlərdə qüvvədə qalacaq. Nəhayət, lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, "Bank Standard"ın kart məhsullarını əldə etmək müqabilində də verilir.

Bankın uduşlu aksiyaları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti