...

Azərbaycanın kənd təsərrüfatı naziri Almaniyada bir sıra görüşlər keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 16:27 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri Almaniyada bir sıra görüşlər keçirəcək.
Azərbaycanın kənd təsərrüfatı naziri Almaniyada bir sıra görüşlər keçirəcək

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Almaniyanın ərzaq, kənd təsərrüfatı və istehlakçıların müdafiəsi naziri xanım İlze Ayqnerin, Berlin şəhərinin meri Klaus Voveraytın və Berlin şəhərinin Sərgi və Yarmarkalar Təşkilatının rəhbərliyinin dəvəti ilə "Beynəlxalq Yaşıl Həftə - 2012" sərgisində iştirak etmək məqsədilə Almaniyada səfərdədir.

Trend-in məlumatına görə, səfər çərçivəsində nazir "Mərkəzi və Şərqi Avropada, Mərkəzi Asiyada və Qafqazda qida məhsulları və kənd təsərrüfatı texnikalarının maliyyələşdirilmə sistemləri" mövzusunda keçiriləcək tədbirdə, eyni zamanda, "Yaşıl həftə" sərgisinin açılışında iştirak edəcək. Həmçinin, nazir İsmət Abasovun Azərbaycanın ölkə pavilyonu ilə tanışlığı və bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə görüşü nəzərdə tutulub. Abasov kənd təsərrüfatı nazirlərinin zirvə görüşündə iştirak edəcək və zirvə görüşü zamanı Latviyanın kənd təsərrüfatı naziri xanım Strauyuma Laimdota ilə görüşəcək.

Sabah "Yaşıl həftə" sərgisi çərçivəsində Almaniyanın Şərqi və Mərkəzi Avropa Cəmiyyəti və Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə İsmət Abasov "Azərbaycanda kənd təsərrüfatının inkişafı" mövzusuna dair çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti