*88 11 qısa nömrəni yığmaqla lazımi dərman vasitəsinin, hansı qiymətə və hansı "Zəfəran" aptekdən əldə edilməsini öyrənmək olar.
Eyni zamanda "qaynar xətt"ə zəng edərək preparatın istifadə qaydası ilə bağlı məsləhət ala bilərsiniz.
"Qaynar xətt" bazar günlərindən başqa hər gün saat 9:00-dan 18:00-dək işləyir.
Zənglər şəhər telefonundan yaxud istənilən mobil operatordan qəbul olunur.
Həmçinin www.facebook.com/zeferanaptek linkinə öz təkliflərinizi qoya bilərsiniz və ya [email protected] elektron poçtu ilə suallarınızı göndərə bilərsiniz.
Qeyd edək ki, "Zəfəran" 2008-ci ilin dekabr ayında yaradılmış, Bakıda və Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsidir.
Hal-hazırda "Zəfəran" apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində mövcuddur və bura 60-dək aptek daxildir. Müxtəlif imkanlı alıcıların geniş dairəsi üçün nəzərdə tutulan apteklər şəbəkəsi aparıcı xarici istehsalçıların 10 000-dən artıq çeşidini təklif edir.
"Zəfəran" apteklər şəbəkəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş yalnız sertifikatlaşdırılmış əczaçılıq məhsulları ilə işləyir.