...

Standartlaşdırma Komitəsi istehlakçıların hüquqlarının pozulması ilə bağlı 600-dən çox fakt aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 14:39 (UTC +04:00)
2011-ci il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dövlət nəzarəti qaydasında standartların, metroloji norma və qaydaların tələblərinin pozulması hallarının aşkar edilməsi üzrə 1537 yoxlama həyata keçirib.
Standartlaşdırma Komitəsi istehlakçıların hüquqlarının pozulması ilə bağlı 600-dən çox fakt aşkar edib

Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir E.İsmayılov/

2011-ci il ərzində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dövlət nəzarəti qaydasında standartların, metroloji norma və qaydaların tələblərinin pozulması hallarının aşkar edilməsi üzrə 1537 yoxlama həyata keçirib. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bazar ertəsi yaydığı hesabatda deyilir.

Aparılmış yoxlamalar zamanı 662 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək barələrində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb, 662 iradnamə və 611 tələbnamə verilib. Aşkar edilmiş inzibati xəta hadisələri ilə bağlı 49 təsərrüfat subyekti barəsində ümumilikdə 156 min manat məbləğində inzibati tənbehin təsdiq edilməsi qərarlar qəbul edilib, 8 müəsissə barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib, 4 sahibkarlıq subyektinin fəaliyyətində cinayət tərkibi olduğu üçün barəsində tərtib edilmiş sənədlər hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib.

İstehsal olunan məhsulların sınaqlarının nəticələrinin mənfi olması səbəbindən 2200 kq şokalad və vafli, 85 kq şərq şirniyyatı və biskivitli kremli tort, 60 kq nabat şəkilli karamel, 134 kq yağ, 5528 litr alkoqolsuz içki, 2267 litr süd və süd məhsulları, 30 765 litr nar şirəsi, 4500 litr alkoqollu içki qanunvericilikdə nəzərdə tutulan qaydada məhv edilib.

Yanvarın 30-na rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edib.

Xəbər lenti

Xəbər lenti