Azərbaycan, Bakı, 31 yanvar / Trend, müxbir E.İsmayılov/
"Turkish Airlines" şirkətinin reallaşdırdığı İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
Cədvələ görə İstanbul-Bakı TK 332 reysi üzrə təyyarə yerli vaxtla saat 12:30-da paytaxtda yerə enməli, Bakıdan isə saat 13:30-da uçmalı idi.
"Lakin bu reyslər hava şəraiti ilə əlaqədar təxirə salınıb", - aeroportdan bildiriblər.