...

"Azərbaycan Hava Yolları" aviaparkını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2012 17:59 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC iyunda "Boeing 767" markalı yeni sərnişin təyyarəsi alacaq.
"Azərbaycan Hava Yolları" aviaparkını genişləndirir

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC iyunda "Boeing 767" markalı yeni sərnişin təyyarəsi alacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Doha-Bakı marşrutu üzrə ilk aviareysin təqdimatında QSC-nin sədr müavini Eldar Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, QSC tərəfindən qeyd edilən markada əldə edilən ikinci təyyarə olacaq.

"Həmçinin, il ərzində aviaşirkət "Boeing 767" markalı iki yük təyyarəsi alacaq", - Hacıyev qeyd edib.

Hazırda şirkətin parkına 21 təyyarə daxildir.

Xəbər lenti

Xəbər lenti