...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 17:45 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə səfər edib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə səfər edib.

Komitənin İctimaiyyətlə əlaqələr sektorundan cümə axşamı Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə qiymətli kağızlar bazarının tənzimləyicisi olan Türkiyə Kapital Bazarları Şurasının (SPK) təsis edilməsinin 30 illiyi ilə əlaqədar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirakı ilə təşkil olunmuş "Maliyyə bazarlarında islahatlar və tənzimləmə" və "Korporativ idarəetmə, dəyər yaratma və innovasiya" mövzularında keçirilən beynəlxalq konfranslarda iştirak ediblər.

Konfranslarda Azərbaycan ilə yanaşı, Yaponiya, Böyük Britaniya, İtaliya, Almaniya, Niderland, Braziliya, Səudiyyə Ərəbistanı, Tayland, Koreya, Pakistan, Hindistan, Misir və İraq kimi ölkələrin aparıcı kapital bazarı tənzimləyicilərinin, fond birjalarının və beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti