...

Qırğızıstan hökuməti Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi diqqət yetirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 13:57 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Azərbaycanda səfərdə olan Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Aliyasbek Alımkulov arasında görüş olub.
Qırğızıstan hökuməti Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi diqqət yetirir

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Azərbaycanda səfərdə olan Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Aliyasbek Alımkulov arasında görüş olub.

Əməmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əmək və məşğulluq, əmək miqrasiyası, əməyin mühafizəsi, əməyin təftişi, insan ehtiyatlarının planlaşdırılması və inkişafı, əmək bazarının monitorinqi, işçi qüvvəsinin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, sosial tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Orta Asiyanın qədim tarixə və zəngin mədəni irsə malik xalqlarından biri olan qırğızlarla azərbaycanlılar arasında ortaq milli-mədəni dəyərlərin, iki ölkə arasında qarşılıqlı etimad və anlaşma mühitinin olduğu, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin davam etdirildiyi vurğulanıb.

Ələkbərov Qırğızıstanla eyni zamanda əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına ölkəmizin daim hazır olduğunu, bunun üçün nazirlik tərəfindən bütün lazımi şəraitin yaradılacağını deyərək, bu görüşün əməkdaşlığın inkişafı üçün uğurlu bir addım olacağına əminliyini ifadə edib.

Aliyasbek Alımkulov davamlı tərəqqi proseslərinin həyata keçirildiyi, sosial-iqtisadi inkişaf modeli beynəlxalq aləmdə yüksək dəyərləndirilən Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişafına Qırğızıstan hökuməti tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti