...

Azərbaycan və Türkiyə İş Adamları Birliyinin rəhbərliyində dəyişiklik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2012 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral / Trend, müxbir A.Axundov /

Azərbaycan və Türkiyə İş Adamları Birliyinin (ATIB) rəhbərliyi dəyişdirilib.

Qurumun şənbə günü keçirilən ümumi iclasında "İstanbul Çarşı İmport & Export Ltd" şirkətinin rəhbəri Camal Yanğın ATİB-in idarə heyətinin sədri seçilib. Əvvəllər bu postu "AtaHolding"in Müşahidə Şurasının rəhbəri Əhmət Erentok tuturdu, Yanğın isə onun müavini idi.

Bundan əlavə, idarə heyətinin, Təftiş komissiyasının yeni tərkibi, eləcə də təşkilatın 2012-ci il büdcəsi təsdiqlənib.

ATİB-in üzvləri əsasən qeyri-neft sektorunun təmsil olunduğu 74 şirkətdir.

Həmin şirkətlərin ümumi kapitallaşması 800 milyon dollara yaxındır, onlarda 50 mindən artıq işçi çalışır. ATİB üzvlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiyalarının həcmi üç milyard dolları ötür.

Xəbər lenti

Xəbər lenti