...

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturunun adı dəyişdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 16:42 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə strukturunun adı dəyişdirilib.
Azərbaycan Beynəlxalq Bankının törəmə strukturunun adı dəyişdirilib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə strukturunun adı dəyişdirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ABB-nin yaydığı məlumatda deyilir.

Bankın yeni qısaldılmış firma adı rus dilində belə səslənir: "Банк "МБА-МОСКВА" ООО. Bankın ingilis dilində yeni tam firma adı belədir: "The Bank "IBA-MOSCOW" Limited liability company, qısaldılmış adı isə - "The Bank "IBA-MOSCOW" LLC-dir.

Federal Vergi Xidmətinin Moskva şəhəri üzrə İdarəsi bankın nizamnaməsinə daxil edilən, o cümlədən bankın adının dəyişdirilməsi ilə bağlı dəyişiklikəri qeydiyyata alıb. Həmçinin, bankın nizamnamə kapitalının həcmi 856,11 milyon rubladək (əvvəl 511,540 milyon rubl olub) artırılıb.

Rusiyanın Mərkəzi Bankı "Bank "ABB-MOSKVA"ya 2012-ci il yanvarın 30-dan yeni baş lisenziya verib.

"Bank "ABB-MOSKVA" 2002-ci ildə ABB-nin 100 faizlik törəmə strukturu kimi yaradılıb. 2012-ci ilin yanvarın 1-nə "ABB-MOSKVA" bankının aktivləri 22 900 milyon rubl, kredit portfeli 16 844 milyon rubl, şəxsi kapitalı 2 130 milyon rubl təşkil edib. "Moody's Investor Service" beynəlxalq reytinq agentliyi "ABB-MOSKVA" bankına B3 səviyyəsində kredit reytinqi verib. "Moody's Interfax" reytinq agentliyi isə öz növbəsində "ABB-MOSKVA" bankına milli şkala üzrə Baa3.ru səviyyəsində uzunmüddətli reytinq verib.

Bank hüquqi və fiziki şəxslərə kompleks maliyyə xidməti təqdim etməklə hər il artan inkişaf dinamikası nümayiş etdirir. Hazırda bank şəbəkəsinin Moskva, Sankt-Peterburq və Yekaterinburqda 14 satış ofisi var.

"ABB-MOSKVA" bankı Rusiya ərazisində fəaliyyət göstərən bir sıra nüfuzlu peşəkar və ictimai təşkilatların tamhüquqlu və fəal üzvüdür, Moskva hökumətinin müvəkkil bankıdır. "ABB-MOSKVA" bankı Azərbaycan və Rusiya hökumətlərarası komissiyasının işində fəal iştirak edir, MDB İcraiyyə Komitəsi ilə aktiv qarşılıqlı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti