...

Bakıya istiqamət alan aviareyslər ehtiyat aeroportlara göndərilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 12:05 (UTC +04:00)
Əgər hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələri qəbul etməyə imkan verməsə, onlar ehtiyat aeroportlar tərəfindən qəbul ediləcək.
Bakıya istiqamət alan aviareyslər ehtiyat aeroportlara göndərilə bilər

Azərbaycan, Bakı, 8 fevral /Trend müxbir E.İsmayılov/

Əgər hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələri qəbul etməyə imkan verməsə, onlar ehtiyat aeroportlar tərəfindən qəbul ediləcək. Bu barədə çərşənbə günü Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, əvvəl Bakı aeroportu hava şəraiti səbəbindən "Tatarstan Hava Yolları"nın Kazan-Bakı aviareysini qəbul edə bilməyib. Təyyarə paytaxta yerli vaxtla saat 10:50-də gəlməli idi, lakin onu əlverişsiz hava şəraiti səbəbindən Mahacqala aeroportu qəbul edib. London-Bakı marşrutu üzrə hərəkət edən təyyarə Tehrana enib.

Habelə Tbilisi, Tehran, Gəncə və Naxçıvandan gecə reysi ləğv edilib.

Çərşənbə günü səhərdən Bakıda güclü çovğun başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, çərşənbə günü şaxtalar güclənəcək.
Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.

Azərbaycanın rayonlarında fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq.

Xəbər lenti

Xəbər lenti