...

Azərbaycanda rəqabətqabiliyyətli vergi sistemi yaradılmalıdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 14:07 (UTC +04:00)
Azərbaycanda rəqabətqabiliyyətli vergi sistemi yaradılmalıdır.
Azərbaycanda rəqabətqabiliyyətli vergi sistemi yaradılmalıdır - nazir

Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir N İsmayılova /

Azərbaycanda rəqabətqabiliyyətli vergi sistemi yaradılmalıdır. Trend-in məlumatına görə, bu barədə ölkənin vergilər naziri Fazil Məmmədov cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı forumda çıxışı zamanı bildirib.

"Bu gün regionda sərmayələr, iqtisadi fəallıq uğrunda böyük rəqabət vardır. Azərbaycanın vergi xidməti regionda ən böyük iqtisadi sistemə xidmət edir və bizim üçün hər bir vergi ödəyicisi qiymətlidir", - Məmmədov deyib.

Onun sözlərinə görə, vergi xidməti bu gün təkcə fiskal funksiyaları yerinə yetirmir. Vergi xidməti ölkədə rəqabətli işgüzar mühitin yaradılması işinin vacib iştirakçısıdır. Vergi orqanları qarşısında vergi ödəyiciləri ilə konstruktiv dialoq qurmaq, yaranmış problemlərin aradan qaldırılmasına diqqətlə yanaşmaq, biznesə və vətəndaşlara vergi məsələlərində və innovasiyalarda yardım etmək vəzifəsi durur.

"Bu baxımdan işgüzar dairələrlə, ictimai təşkilatlarla daha sıx işləmək, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində onların təkliflərini öyrənmək, qarşılıqlı əlaqələrin daha rahat formalarını tapmaq niyyətindəyik", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti