...

Bu gün Bakıda avtobuslar saat 22:00-dək işləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 11:45 (UTC +04:00)
Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, cümə günü səhərdən Bakıda marşruta 1130 avtobus çıxıb.
Bu gün Bakıda avtobuslar saat 22:00-dək işləyəcək

Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir E.İsmayılov/

Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, cümə günü səhərdən Bakıda marşruta 1130 avtobus çıxıb. Bu barədə cümə günü Trend-ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, cümə günü Bakıda avtobuslar yerli vaxtla saat 22:00-dək işləyəcək.

Həsənovun sözlərinə görə, habelə Bakı Beynəlxalq Avtovağzalının işi də normallaşır. Cümə günü bütün istiqamətlərdə, həm şəhərlərarası, həm beynəlxalq marşrutlara 67 avtobus çıxıb. Avtovağzaldan 1158 sərnişin yola salınıb.

"Bütün yollar hərəkət üçün açıqdır. Lakin yolların buz bağlaması ilə əlaqədar kiçik çətinliklər qalır", - Həsənov qeyd edib.

Bir həftədən çoxdur Azərbaycanda anormal hava şəraiti hökm sürür.

Xəbər lenti

Xəbər lenti